Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan Tibb Universiteti ingilislərlə əməkdaşlığa razılıq verib

Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası (ABAP) ilə görüş keçirilib Görüşdə ATU-nun rektoru professor Gəray Gəraybəyli qloballaşma şəraitində rəqəmsal inkişafın əsas aspektlərinə və bu tərəqqinin təhsil sahəsinə inteqrasiyasına toxunub. Rektor təhsil sist

0 baxışhaqqin.az
Azərbaycan Tibb Universiteti ingilislərlə əməkdaşlığa razılıq verib
Paylaş:

Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası (ABAP) ilə görüş keçirilib Görüşdə ATU-nun rektoru professor Gəray Gəraybəyli qloballaşma şəraitində rəqəmsal inkişafın əsas aspektlərinə və bu tərəqqinin təhsil sahəsinə inteqrasiyasına toxunub. Rektor təhsil sistemində yeni təhsil texnologiyalarından istifadənin xüsusi əhəmiyyətinə diqqət çəkərək, bu yanaşmanın ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını və müasir şəraitdə ali təhsildə yeni pedaqoji texnologiyaların tətbiqinin keyfiyyətli təhsil sisteminin əsas tələblərindən birinə çevrildiyini vurğulayıb Assosiasiyanın təsisçisi və icraçı direktoru İlhamə Cəfərli tibb təhsilinə ümumi yanaşmalar və bu sahədə müasir meyarlar barədə fikirlərini bölüşüb, həmçinin bu istiqamətdə ATU ilə əməkdaşlığa maraqlı və hazır olduğunu bildirib Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tibb təhsili, elmi-tədqiqat işləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və peşəkarlığın artırılması sahəsində birgə fəaliyyət perspektivləri müzakirə edilib Xüsusilə qeyd olunub ki, gələcək əməkdaşlıq çərçivəsində tələbələr və mütəxəssislər üçün beynəlxalq təcrübə mübadiləsinin təşkili, birgə təhsil və inkişaf proqramlarının hazırlanması, habelə bilik və bacarıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur Görüş ATU ilə ABAP arasında anlaşma memorandumunun imzalanması ilə başa çatıb Sənəddə əksini tapmış əməkdaşlığın tərəflər arasında uzunmüddətli əlaqələrin inkişafına, beynəlxalq əlaqələrin genişləndirilməsinə və tibb sahəsində müasir yanaşmaların tətbiqinə mühüm töhfə verəcəyi gözlənilir

Kaynak: haqqin.az

Diğer Haberler