Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan dənizçiləri vətənə qaytarılır

Azov dənizində quru yük gəmilərinə pilotsuz uçan aparatların hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması xəbəri daxil olduqdan dərhal sonra Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşları hadisə yerinə gedib və hazırda həlak olanların vətənə qaytarılması

0 baxışhaqqin.az
Azərbaycan dənizçiləri vətənə qaytarılır
Paylaş:

Azov dənizində quru yük gəmilərinə pilotsuz uçan aparatların hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması xəbəri daxil olduqdan dərhal sonra Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşları hadisə yerinə gedib və hazırda həlak olanların vətənə qaytarılması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfirliyin konsulluq əməkdaşları Yeyskdədir və xəsarət alan və xilas edilmiş azərbaycanlılara yardım göstərirlər. Yaralıların vəziyyəti qənaətbəxş qiymətləndirilir, onlardan bəzilərinin yaxın vaxtlarda evə buraxılması planlaşdırılır "Rusiya Federasiyasının ixtisaslaşmış strukturları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olanların şəxsiyyətinin müəyyən edilməsi və digər zəruri tədbirlər davam etdirilir. Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşlarının sənədlərinin hazırlanması və ölkəyə qaytarılmasının təşkili istiqamətində zəruri tədbirlər həyata keçirilir", - məlumatda deyilir Xarici İşlər Nazirliyi vəziyyəti xüsusi nəzarətdə saxladıqlarını bəyan edib: “Həlak olanların şəxsiyyəti və meyitlərinin Azərbaycana gətirilməsi ilə bağlı əlavə məlumat veriləcək” Qeyd edək ki, Azov dənizində iki xarici yük gəmisinə pilotsuz təyyarənin hücumu nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub, daha bir neçəsi yaralanıb

Kaynak: haqqin.az

Diğer Haberler