Azərbaycanlı tələbələr ABŞ və Azərbaycan arasında əlaqələri möhkəmləndirir - Emi Karlon
ABŞ-da təhsil alan azərbaycanlı tələbələr iki ölkə arasında mədəni və təhsil sahəsində əlaqələri möhkəmləndirirlər Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən ABŞ təhsil sərgisi zamanı deyib “ABŞ-da azərbaycanlı tələbələr

ABŞ-da təhsil alan azərbaycanlı tələbələr iki ölkə arasında mədəni və təhsil sahəsində əlaqələri möhkəmləndirirlər Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən ABŞ təhsil sərgisi zamanı deyib “ABŞ-da azərbaycanlı tələbələr nəinki keyfiyyətli təhsil alırlar, həm də ölkələr arasında mədəni körpüyə çevrilirlər, ABŞ ilə tərəfdaşlığın gücləndirilməsi kontekstində Azərbaycanın inkişafına töhfə verən yeni bilik və ideyalarla vətənə qayıdırlar” E.Karlon vurğulamışdır ki, ABŞ-da təhsil alan azərbaycanlı tələbələr nəinki yüksək keyfiyyətli təhsil alır, həm də mədəniyyətlər arasında “körpü” olur, ölkənin inkişafına töhfə verən yeni bilik və ideyaları vətənə gətirirlər Onun sözlərinə görə, ötən tədris ilində ABŞ-da 1329 azərbaycanlı tələbə təhsil alıb ki, bu da əvvəlki illə müqayisədə 18% çoxdur və Amerika təhsilinə marağın durmadan artdığını göstərir Emi Karlon həmçinin qeyd edib ki, ABŞ-da təhsil yolu geniş seçim - 5 mindən çox kollec və universitet səbəbindən çətin ola bilər, lakin təqaüdlər və qrantlar da daxil olmaqla müxtəlif maliyyə dəstəyi imkanları mövcuddur Sonda o, sərgi iştirakçılarını tədbirin imkanlarından fəal istifadə etməyə, universitetlərlə və təhsil proqramları ilə qarşılıqlı əlaqədə olmağa çağırıb Qeyd edək ki, Bakıda ABŞ-ın təhsil sərgisi keçirilir. Tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi və EducationUSA proqramı ilə birgə təşkil olunub Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


