Azərbaycan şahmatçıları türkdilli ölkələrin çempionatında üç medal qazanıblar - FOTO
Astanada şahmat üzrə türk ölkələri çempionatı keçirilib. Yarış üç kateqoriya üzrə - kişilər, qadınlar və 16 yaşadək komandalar arasında keçirilib Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC -a bildirmişlər ki, Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmm

Astanada şahmat üzrə türk ölkələri çempionatı keçirilib. Yarış üç kateqoriya üzrə - kişilər, qadınlar və 16 yaşadək komandalar arasında keçirilib Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC -a bildirmişlər ki, Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət qadınlardan ibarət komanda altı görüşdə dörd qələbə qazanmış, iki dəfə heç-heçə etmişdir. Nəticədə kapitan İlaxa Qədimovanın rəhbərlik etdiyi komanda 10 xal toplayaraq birinci yeri tutaraq qızıl medala sahib olub. Qazaxıstan ikinci, Özbəkistan üçüncü yeri tutub Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşa Əlizadə və Lalə Hüseynovadan ibarət U-16 komandası altı turda beş qələbə qazanıb. 10 xal toplayan kapitan Fərid Abbasovun rəhbərliyi altında 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması da qızıl medallara sahib olub. “Gümüş” və “bürünc” Qazaxıstanın birinci və ikinci komandalarının payına düşüb Azərbaycanın kişilərdən ibarət komandası turniri bürünc medalla başa vurub. Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin çıxış etdiyi komanda altı turda üç qələbə qazanıb. 7 xal toplayan Azərbaycan şahmatçıları üçüncü yeri tutmuşlar Beləliklə, şahmatçılarımız çempionatı iki qızıl və bir bürünc medalla başa vurublar


