Azərbaycan şahmatçıları Astanada çıxış edəcəklər
Azərbaycan şahmatçıları Astanada keçiriləcək türkdilli ölkələrin açıq çempionatında çıxış edəcəklər İdman.Biz-in Azərbaycan Şahmat Federasiyasına istinadən verdiyi məlumata görə, yarışda ölkəmizi kişilər, qadınlar və 16 yaşadək futbolçulardan ibarət komandalar təmsil edəcək. Turnir mayın 14-17-də

Azərbaycan şahmatçıları Astanada keçiriləcək türkdilli ölkələrin açıq çempionatında çıxış edəcəklər İdman.Biz-in Azərbaycan Şahmat Federasiyasına istinadən verdiyi məlumata görə, yarışda ölkəmizi kişilər, qadınlar və 16 yaşadək futbolçulardan ibarət komandalar təmsil edəcək. Turnir mayın 14-17-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçılarının iştirakı ilə keçiriləcək Kişilərdən ibarət Azərbaycan yığmasının heyətində Əhməd Əhmədzadə, Misrəddin İsgəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli yer alıb. Komandanın kapitanı Qədir Hüseynov olacaq Qadınların yarışında ölkəni Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövqar Beydullayeva, Xanım Balaçayeva və Gülnar Məmmədova təmsil edəcək. İlaxa Qədimova komandanın kapitanı təyin edilib Yarışda 16 yaşadək şahmatçılar arasında çempionat da keçiriləcək. Bu kateqoriyada Azərbaycan yığmasının heyətində Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynova çıxış edəcək. Komandaya kapitan Fərid Abbasov rəhbərlik edəcək Turnirin reqlamentinə əsasən, iştirakçılar yeddi tur oynayacaqlar. Vaxt nəzarəti hər bir gediş üçün 30 saniyə əlavə edilməklə oyun başına 45 dəqiqə olacaq


