Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan dənizçiləri vətənə qayıdırlar - Xarici İşlər Nazirliyinin bəyanatı

İyunun 5-də Azov dənizində pilotsuz uçan aparatların hücumu nəticəsində zədələnmiş gəmilərin ekipaj üzvləri olan 19 Azərbaycan vətəndaşı Azərbaycana yola salınıb. Onların bu gün, iyunun 9-u günorta saatlarında evə çatacaqları gözlənilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti

0 baxışhaqqin.az
Azərbaycan dənizçiləri vətənə qayıdırlar - Xarici İşlər Nazirliyinin bəyanatı
Paylaş:

İyunun 5-də Azov dənizində pilotsuz uçan aparatların hücumu nəticəsində zədələnmiş gəmilərin ekipaj üzvləri olan 19 Azərbaycan vətəndaşı Azərbaycana yola salınıb. Onların bu gün, iyunun 9-u günorta saatlarında evə çatacaqları gözlənilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Bundan başqa, həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun cəsədi tapılıb "Müvafiq prosedurlar başa çatdıqdan sonra tapılmış 4 vətəndaşın cəsədinin yaxın günlərdə Azərbaycana göndəriləcəyi gözlənilir. Həmçinin hazırda Yeisk şəhərində olan daha iki vətəndaşın da göndərilməsi gözlənilir", - XİN-in açıqlamasında bildirilir Azov dənizində iyunun 5-nə keçən gecə pilotsuz uçuş aparatları 25 Azərbaycan vətəndaşının olduğu “Natra” və “Zirkon” yük gəmilərinə hücum edib. Hücumlar nəticəsində onlardan 4-ü ölüb, daha 4-ü yaralanıb. Yaralı dənizçilər Yeisk xəstəxanasına yerləşdirilib

Kaynak: haqqin.az

Diğer Haberler