Azərbaycan karateçiləri Antalyada 11 medal qazanıblar
Aşihara karate üzrə Azərbaycan yığması dünya çempionatında uğurla çıxış edib İdman.Biz-in məlumatına görə, Türkiyənin Antalya şəhərində Beynəlxalq Aşihara Karate Təşkilatının (AIKO) himayəsi altında keçirilən turnirdə 20 ölkədən 900-dən çox idmançı iştirak edib 18 idmançı ilə təmsil olunan Azərba

Aşihara karate üzrə Azərbaycan yığması dünya çempionatında uğurla çıxış edib İdman.Biz-in məlumatına görə, Türkiyənin Antalya şəhərində Beynəlxalq Aşihara Karate Təşkilatının (AIKO) himayəsi altında keçirilən turnirdə 20 ölkədən 900-dən çox idmançı iştirak edib 18 idmançı ilə təmsil olunan Azərbaycan komandası 8 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında üçüncü yeri tutmuşdur Böyüklər arasında Kənan Quliyev və Ülfət Vəliyev qızıl medal qazanıb, İbrahim Xəlilov isə turnirin ən texnikalı döyüşçüsü kimi tanınıb Uşaqlar arasında keçirilən yarışlarda 12-13 yaş kateqoriyasında Orxan Şahməmmədov (40 kq), Mehdi Xəlilov isə eyni vaxtda iki növdə - kumite və katada qızıl medal qazanıb Həm Aşihara karate, həm də tam kontakt döyüşlərdə çempion olmuş, çempionluq kəmərini qazanan Ələkbər Mirzəyev parlaq çıxış etdi


