Azərbaycan gimnastları Dünya Kubokunun finalına çıxıblar - FOTO
Akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun ikinci yarış günündə idmançılar növbəti təsnifat çıxışlarını təqdim ediblər Azərbaycan Gimnastika Federasiyasından Day.Az-a verilən məlumata görə, günün proqramına əsasən akrobatika gimnastikası üzrə kişi qrupları, qadın və kişi cütlükləri t

Akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun ikinci yarış günündə idmançılar növbəti təsnifat çıxışlarını təqdim ediblər Azərbaycan Gimnastika Federasiyasından Day.Az-a verilən məlumata görə, günün proqramına əsasən akrobatika gimnastikası üzrə kişi qrupları, qadın və kişi cütlükləri temp hərəkətlərində, qadın qrupları və qarışıq cütlüklər isə tarazlıq hərəkətlərində çıxışlarını başa vurublar Aerobika gimnastikasında fərdi, üçlü və qrup proqramlarında təsnifat mərhələsi keçirilib, nəticəyə əsasən finalçılar müəyyən edilib Azərbaycanı akrobatika gimnastikası üzrə yarışda təmsil edən Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadınlardan ibarət komanda 57,370 xalla finala yüksəlib. Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət kişi cütlüyü də 54.300 xal toplayaraq finala vəsiqə qazanıb Aerobika gimnastikasında qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 18,550 xal toplayaraq finala vəsiqə qazanıblar. Üçlükdə Leyla Bedjanova, Arzu Ağayeva və Xədicə Quliyeva 17.088 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar Yarışın son günündə idmançılar final çıxışlarında medallar uğrunda mübarizə aparacaqlar Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


