Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində çıxış edəcəklər
Azərbaycanın qadın cüdo yığması iyunun 6-7-də Tallinndə keçiriləcək böyüklər arasında Avropa Açıq Kubokunda çıxış edəcək Day.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Estoniyanın paytaxtında keçiriləcək yarışlarda ölkə yeddi çəki dərəcəsində 10 idmançı ilə təmsil olunacaq Koman

Azərbaycanın qadın cüdo yığması iyunun 6-7-də Tallinndə keçiriləcək böyüklər arasında Avropa Açıq Kubokunda çıxış edəcək Day.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Estoniyanın paytaxtında keçiriləcək yarışlarda ölkə yeddi çəki dərəcəsində 10 idmançı ilə təmsil olunacaq Komandaya qadınlardan ibarət yığmanın baş məşqçisi Əminə Abdellatif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək Avropa Cüdo İttifaqının himayəsi altında keçiriləcək turnirdə 35 ölkədən 261 idmançının iştirakı gözlənilir Yarışın hakimlər korpusunu həmçinin Azərbaycandan “A” kateqoriyalı hakimlər Arzu Acalova və Rəşad Əliyev təmsil edəcək Azərbaycan milli komandasının tərkibi: 48 kq: Şəfəq Həmidova, Diana Tçkayeva 52 kq: Gültac Məmmədəliyeva 57 kq: Ülviyyə Bayramova, Gülnarə Bayramova 70 kq: Aytac Qardaşxanlı, Südabə Ağayeva +78 kq: Mədinə Kaisinova Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

