Azərbaycan neftinin qiyməti dəyişib
İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,9 ABŞ dolları və ya 2,77% azalaraq 101,68 ABŞ dolları təşkil edib Bu barədə Day.Az saytına neft bazarındakı mənbə məlumat verib Qeyd olunur ki, Türkiyənin Ceyhan lim

İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,9 ABŞ dolları və ya 2,77% azalaraq 101,68 ABŞ dolları təşkil edib Bu barədə Day.Az saytına neft bazarındakı mənbə məlumat verib Qeyd olunur ki, Türkiyənin Ceyhan limanında FOB bazası əsasında “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 3,22 dollar və ya 3,14% azalaraq 99,26 dollar təşkil edib URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,31 dollar və ya 4,29% azalaraq 73,75 dollar/barel təşkil edib Şimal dənizində hasil edilən Dated Brent markalı neftin 1 barelinin qiyməti əvvəlki göstəricidən 2,82 dollar və ya 2,81% azalaraq 97,48 dollar/barel təşkil edib Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar/barel səviyyəsində müəyyən edilib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


