Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan Mühəndislik Akademiyası və Xorvatiya Mühəndislər Assosiasiyası arasında memorandum imzalanıb

ENGINEERS EUROPE və Dünya Mühəndislik Təşkilatları Federasiyası (WFEO) vasitəsilə Avropa və dünya mühəndislik birliyinin fəal üzvü olan Azərbaycan Mühəndislik Akademiyası beynəlxalq əməkdaşlığın inkişafına daim xüsusi önəm verir. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətlərin d

0 baxışcaliber.az
Azərbaycan Mühəndislik Akademiyası və Xorvatiya Mühəndislər Assosiasiyası arasında memorandum imzalanıb
Paylaş:

ENGINEERS EUROPE və Dünya Mühəndislik Təşkilatları Federasiyası (WFEO) vasitəsilə Avropa və dünya mühəndislik birliyinin fəal üzvü olan Azərbaycan Mühəndislik Akademiyası beynəlxalq əməkdaşlığın inkişafına daim xüsusi önəm verir. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi məqsədilə Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb Akademiyadan AZƏRTAC -a bildirmişlər ki, bunu Azərbaycan tərəfdən Akademiyanın prezidenti, akademik Arif Paşayev, Xorvatiya tərəfdən isə Assosiasiyanın prezidenti Luka Celiç imzalamışlar Sənədin məqsədi mühəndislik sahəsində elmi, texniki və peşəkar əməkdaşlığı inkişaf etdirmək, beynəlxalq əlaqələri gücləndirmək, bilik və təcrübə mübadiləsini təşviq etməkdir Memoranduma əsasən, tərəflər elmi-texniki məlumat mübadiləsi, beynəlxalq konfrans, seminar və simpoziumların təşkili, mühəndislər və tədqiqatçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, habelə birgə elmi və innovativ layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq edəcəklər Tərəflər mühəndislərin qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi yolu ilə davamlı və innovativ gələcəyin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıblar Memorandum Azərbaycan və Xorvatiyanın mühəndislik təşkilatları arasında əlaqələrin daha da genişlənməsinə, beynəlxalq təşəbbüs və layihələrin həyata keçirilməsinə töhfə verəcək

Kaynak: caliber.az

Diğer Haberler