Azərbaycan ilk Dünya Çempionatında 4-cü yeri tutdu - 20 komanda arasında; 21:53 yeniləndi
3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması tarixində ilk dəfə dünya çempionatında iştirak edərək 4-cü yeri tutdu Bürünc medal uğrunda görüşdə zədəli Brianna Freyzersiz oynayan komandamız Hollandiyaya uduzub - 14:21 3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması Varşavada k

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması tarixində ilk dəfə dünya çempionatında iştirak edərək 4-cü yeri tutdu Bürünc medal uğrunda görüşdə zədəli Brianna Freyzersiz oynayan komandamız Hollandiyaya uduzub - 14:21 3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması Varşavada keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb. Rəqib ABŞ millisi olub Dina Ulyanova, Aleksandra Mollenhauer, Brianna Freyzer və Arika Karterdən ibarət komandamız gərgin mübarizədə amerikalılara 18:19 hesabı ilə məğlub olub. Hər şey əlavə vaxtda həll olundu Qeyd edək ki, Freyzer matçın ortalarında zədələnib. Həmçinin bizim komandada Mollenhaueri qeyd etmək lazımdır. Onun uzaq məsafədən dəqiq zərbələri oyunun əlavə vaxta keçməsinə imkan verdi Bakı vaxtı ilə saat 21:35-də Azərbaycan yığması qrup mərhələsində uduzduğumuz Hollandiya ilə 3-cü yer uğrunda oyuna çıxacaq. Finalda ABŞ və Avstraliya üz-üzə gələcək


