Azərbaycan Litvaya qalib gələrək dünya çempionatının 1/4 finalına yüksəlib
3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması Varşavada keçirilən dünya çempionatında 1/4 finala yüksəlib Bu gün pley-off mərhələsində, yəni 1/8 finalda Dina Ulyanova, Aleksandra Mollenhauer, Brianna Freyzer və Arika Karterdən ibarət komandamız Litvaya qalib gəlib - 14:12. Əsas vaxt 11:

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması Varşavada keçirilən dünya çempionatında 1/4 finala yüksəlib Bu gün pley-off mərhələsində, yəni 1/8 finalda Dina Ulyanova, Aleksandra Mollenhauer, Brianna Freyzer və Arika Karterdən ibarət komandamız Litvaya qalib gəlib - 14:12. Əsas vaxt 11:11 hesabı ilə başa çatıb və əlavə vaxtda Azərbaycan komandası daha dəqiq olub Sabah Azərbaycan millisi 1/4 finalda Almaniya ilə qarşılaşacaq Xatırladaq ki, qrup mərhələsində Madaqaskar, Çexiya və Polşanı məğlub edən basketbolçularımız Hollandiyaya məğlub olub. Azərbaycan qrupda 2-ci yeri tutub Almaniya Latviya, Çin, Filippin və İtaliyanı məğlub edərək öz qrupunda 1-ci olub. Almanlar birbaşa olaraq 1/4 finala yüksəliblər


