Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni yenidən dəstəkləyib
BMT Baş Assambleyasının 80-ci sessiyasında Gürcüstan və digər 67 dövlətin birgə təşəbbüsü ilə qətnamə qəbul edilib Day.Az xəbər verir ki, “Abxaziya və Sxinvali regionundan/Gürcüstanın Cənubi Osetiyasından olan qaçqınların və məcburi köçkünlərin statusu haqqında” sənəd bütün qaçqınların və məcburi

BMT Baş Assambleyasının 80-ci sessiyasında Gürcüstan və digər 67 dövlətin birgə təşəbbüsü ilə qətnamə qəbul edilib Day.Az xəbər verir ki, “Abxaziya və Sxinvali regionundan/Gürcüstanın Cənubi Osetiyasından olan qaçqınların və məcburi köçkünlərin statusu haqqında” sənəd bütün qaçqınların və məcburi köçkünlərin Gürcüstanın işğal olunmuş ərazilərinə qayıtmaq hüququnu bir daha təsdiq edir Qətnamə rekord sayda dövlət tərəfindən dəstəklənib - 107 ölkə, 8-i əleyhinə səs verib, daha 55-i bitərəf qalıb Sənədə səs verən ölkələr arasında Azərbaycan da var Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili X-dəki səhifəsində qətnaməni dəstəkləyən dövlətlərə təşəkkür edib Qeyd edək ki, Gürcüstanla bağlı analoji qətnamə 2008-ci ildən BMT Baş Assambleyası tərəfindən hər il qəbul edilir. O vaxtdan Azərbaycan ardıcıl olaraq bu sənədin lehinə səs verib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

