Azərbaycan Malta ilə yoldaşlıq görüşündə məğlub olub - VİDEO
Futbol üzrə Azərbaycan milli komandası Malta ilə yoldaşlıq görüşündə məğlub olub Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, Macarıstanın Szombathely şəhərindəki "Haladas" stadionunda keçirilən görüş Malta yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb İlk hissədə tamaşaçılar qol görməyiblər. Az

Futbol üzrə Azərbaycan milli komandası Malta ilə yoldaşlıq görüşündə məğlub olub Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, Macarıstanın Szombathely şəhərindəki "Haladas" stadionunda keçirilən görüş Malta yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb İlk hissədə tamaşaçılar qol görməyiblər. Azərbaycan komandası təşəbbüskar olub və bir neçə təhlükəli məqamlar yaratsa da, şanslarından yararlana bilməyib. Artıq 9-cu dəqiqədə meydan sahibləri Xəyal Əliyevi zədə səbəbindən itirib, onu Nəriman Axundzadə əvəzləyib Fasilədən sonra Malta öz imkanlarından yararlanmağı bacarıb. 65-ci dəqiqədə Cozef Mbonq hesabı açıb, 86-cı dəqiqədə isə Alexander Satariano qonaqların fərqini ikiyə çatdırıb Oyun zamanı Azərbaycan millisinin heyətində Elvin Bədəlov sarı vərəqə alıb. Keyon Evurum maltalıya xəbərdarlıq alıb Ayxan Abbasovun komandası üçün bu görüş cari toplanış çərçivəsində ilk olub Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


