Azərbaycan Kosovonu məğlub edib və finalda İrlandiya ilə oynayacaq - yenilənib 19:18
Orta yaş həddi 22 olan yenilənmiş Azərbaycan kişilərdən ibarət yığması yarımfinalda Kiprə uduzub - 10:21 Bakı vaxtı ilə saat 20:05-də Azərbaycan millisi qadınlar arasında turnirin finalında İrlandiya ilə qarşılaşacaq. Qalib Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq Azərbaycanın qadın

Orta yaş həddi 22 olan yenilənmiş Azərbaycan kişilərdən ibarət yığması yarımfinalda Kiprə uduzub - 10:21 Bakı vaxtı ilə saat 20:05-də Azərbaycan millisi qadınlar arasında turnirin finalında İrlandiya ilə qarşılaşacaq. Qalib Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası 2026-cı il Avropa çempionatının seçmə turnirinin finalına yüksəlib Bu gün yarımfinalda Aleksandra Mollenhauer, Arika Karter və Tatyana Deniskinadan ibarət komandamız Kosovonu asanlıqla məğlub edib - 21:5. Avropa çempionatının final mərhələsinə yeganə vəsiqənin oynanılacağı finalda İrlandiya - Kipr matçının qalibi ilə oynayacağıq Bundan əvvəl Azərbaycan basketbolçuları qrup mərhələsində Kipr (16:10) və Maltanı (15:14) məğlub etmişdilər Xatırladaq ki, Azərbaycanın qadınlardan ibarət yığması ötənilki Avro-nun gümüş mükafatçısı olmuş, bu yaxınlarda debüt dünya çempionatında 4-cü yeri tutmuşdur Gənc basketbolçulardan təşkil olunmuş Azərbaycanın kişilərdən ibarət yığması da bu gün yarımfinalda çıxış edəcək. Rəqib - Kipr Qrup mərhələsində Rəşid Abbasov, Əlibəy Məmmədli, Nicat Nəsirov və Nəzər Quliyevdən ibarət komanda Albaniyaya uduzub (20:21), daha sonra Maltanı (18:16) və San Marinoya (21:20) qalib gəlib Avropa çempionatı sentyabrın 11-dən 13-dək Antverpendə (Belçika) keçiriləcək


