Azərbaycan - San Marino
Bu gün Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombathely şəhərində Azərbaycan və San Marino futbol komandaları arasında yoldaşlıq oyunu başlayacaq Qarşılaşmanı Marton Rusın rəhbərlik etdiyi macar hakimlər briqadası idarə edəcək Baş məşqçi Ayxan Abbasov dünən komandamızın bu görüş üçün start he

Bu gün Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombathely şəhərində Azərbaycan və San Marino futbol komandaları arasında yoldaşlıq oyunu başlayacaq Qarşılaşmanı Marton Rusın rəhbərlik etdiyi macar hakimlər briqadası idarə edəcək Baş məşqçi Ayxan Abbasov dünən komandamızın bu görüş üçün start heyətini açıqlayıb: Şahrudin Maqomedəliyev, Cəlal Hüseynov, Raxil Məmmədov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Rüfət Abbasov, Səbuhi Abdullazadə, Emin Mahmudov, Renat Dadaşov, Rüstəm Əhmədzadə, Ayxan Hüseynov Azərbaycan və San Marino yığmaları daha əvvəl iki dəfə üz-üzə gəlib. DÇ-2018-in seçmə turnirində səfərdə 1:0 hesabı ilə qalib gələn komandamız evdə rəqibini darmadağın edib - 5:1 Bu il aprelin 1-də açıqlanan FİFA reytinqində Azərbaycan 124-cü, San Marino son 211-ci yerdədir Onlayn reytinqi götürsək, cümə günü Maltaya məğlubiyyətdən sonra (0:2) 126-cı mövqeyə düşdük. San Marino yığması Banqladeşə uduzub (1:2) və təbii ki, sonuncu pillədə qalıb Xatırladaq ki, millimiz mayın 28-də üz-üzə gəlib.İyunun 1-dən etibarən futbolçular Avstriyanın Macarıstanla sərhədinə yaxın Bad Valtersdorf şəhərində məskunlaşıb. Sabah komanda Bakıya qayıdacaq. Bu, Millətlər Liqasında payız oyunları öncəsi son təlim-məşq toplanışı idi. D Liqasında Azərbaycanın qrupdakı rəqibləri Litva və Lixtenşteyn olacaq P.S. Media nümayəndələrinin millinin toplanışına səfəri AFFA-nın təşkilatçılığı, Mislinin dəstəyi ilə baş tutub
Diğer Haberler

Rahatlıq bir qiymətə gəlir. Nə üçün Əkçəbərdə yeni xidmətlərlə yanaşı dövlət xidmətlərinin tarifləri də artıb?

İsti və yüngül yağış - sinoptiklər çərşənbə axşamı Qaqauziyada hava haqqında
