Azərbaycan Ermənistana dizelin daha bir partiyasını göndərib - YENİLƏNİB
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Güzdək stansiyasından 2475 ton həcmində daha bir dizel yanacağı yükü Ermənistana yola salınıb Day.Az Trend-ə istinadən bildirir ki, Böyük-Kəsik stansiyasına dizel yanacağı ilə 42 avtomobil yola salınıb. Yük Gürcüstan ərazisindən tranzitlə Ermənistana çatdı

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Güzdək stansiyasından 2475 ton həcmində daha bir dizel yanacağı yükü Ermənistana yola salınıb Day.Az Trend-ə istinadən bildirir ki, Böyük-Kəsik stansiyasına dizel yanacağı ilə 42 avtomobil yola salınıb. Yük Gürcüstan ərazisindən tranzitlə Ermənistana çatdırılacaq Bu günə kimi Azərbaycandan Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin ixrac edilib Xatırladaq ki, bu ölkəyə yanacaq ixracı 2025-ci il dekabrın 18-də başlayıb. Həmin gün Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı verilib Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, Azərbaycandan Ermənistana yüklərin tranzitinə işğal dövründən qüvvədə olan məhdudiyyətlər götürüldükdən sonra bu istiqamətdə daşımalar davam etdirilir Bu gün Azərbaycandan Ermənistana daha bir çatdırılma olacaq Day.Az xəbər verir ki, Ermənistana 42 vaqon dizel yanacağı ixrac ediləcək Qatar saat 16:00-da Güzdək stansiyasından yola düşəcək, Böyük-Kəsik stansiyasından keçərək Gürcüstana, oradan isə Ermənistana gedəcək Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


