Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan Venesuela və İranla enerji layihələrini müzakirə edib - FOTO

Azərbaycanın Venesuela və İranla enerji layihələri müzakirə edilib Azərbaycanın Energetika Nazirliyindən Day.Az-a verilən məlumata görə, müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Venesuelanın karbohidrogenlər nazirinin müavini Sindi Rondon və İranın neft nazirinin müavini, İran M

0 baxışday.az
Azərbaycan Venesuela və İranla enerji layihələrini müzakirə edib - FOTO
Paylaş:

Azərbaycanın Venesuela və İranla enerji layihələri müzakirə edilib Azərbaycanın Energetika Nazirliyindən Day.Az-a verilən məlumata görə, müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Venesuelanın karbohidrogenlər nazirinin müavini Sindi Rondon və İranın neft nazirinin müavini, İran Milli Qaz Şirkətinin icraçı direktoru Səid Təvəkkoli ilə görüşündə baş tutub S.Rondonla görüşdə iki ölkə arasında enerji əlaqələrinin inkişafı üçün beynəlxalq forumlar çərçivəsində aparılan danışıqların, eləcə də OPEC+ formatında əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Növbəti onilliklərdə enerji resurslarına tələbat artdıqca, enerji istehsal edən ölkələr arasında qarşılıqlı əlaqənin vacibliyi vurğulanır. Tərəflər neft-qaz sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər Venesuelanın zəngin neft və qaz ehtiyatlarına malik olduğu diqqətə çatdırılıb, yeni yataqların işlənməsi, dəniz layihələrinin genişləndirilməsi, beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq imkanları qeyd olunub. Azərbaycanın karbohidrogen sektorunda təcrübəsi barədə məlumat verilib. Həmçinin iki ölkənin dövlət enerji şirkətləri arasında mümkün əməkdaşlıq, mütəxəssislərin hazırlanması, universitetlərarası mübadilə və insan resurslarının inkişafı kimi sahələr də nəzərdən keçirilib S.Təvəkkoli ilə görüşdə Azərbaycan-İran neft, qaz və elektrik enerjisi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər birgə layihələrin həyata keçirilməsini, həmçinin D-8 formatında enerji əməkdaşlığının inkişafını nəzərdən keçiriblər Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler