Azərbaycan və DB iqtisadiyyatın şaxələndirilməsinin yeni yollarını nəzərdən keçirib - FOTO
Maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Nazirlikdən Day.Az-a verilən məlumata görə, iclasda Dünya Bankı tərəfindən hazırlanmış “Azərbaycanda şaxələndirmə və inkişaf” hesabatı təqdim olunub, sənəd

Maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Nazirlikdən Day.Az-a verilən məlumata görə, iclasda Dünya Bankı tərəfindən hazırlanmış “Azərbaycanda şaxələndirmə və inkişaf” hesabatı təqdim olunub, sənədin əsas nəticələri və onun ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi prosesinə potensial təsiri müzakirə edilib Dünya Bankı ilə tərəfdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edən nazir Sahil Babayev əməkdaşlığın infrastrukturun modernləşdirilməsi, enerji keçidi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi və dövlət idarəçiliyinin inkişafı kimi sahələrdə uğurla davam etdiyini vurğulayıb Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir. Nazir qeyri-neft sektorunun genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, insan kapitalının inkişafı və rəqəmsal həllərin tətbiqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib Makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın gücləndirilməsinin vacibliyinə toxunan S.Babayev bildirib ki, dövlət maliyyə idarəçiliyində müasir yanaşmalardan istifadə, fiskal intizamın gücləndirilməsi və qeyri-neft gəlirlərinin rolunun artırılması uzunmüddətli iqtisadi dayanıqlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, informasiya-kommunikasiya texnologiyaları, maliyyə xidmətləri və turizm sektorlarının inkişafı, o cümlədən regional nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi ölkənin şaxələndirmə siyasətinin əsas istiqamətlərindəndir İclasda dövlət müəssisələrinin korporativ idarəetməsinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində görülən işlərə də nəzər salınıb, monitorinq mexanizmlərinin gücləndirilməsinin və fiskal risklərin effektiv idarə olunmasının vacibliyi vurğulanıb Öz növbəsində, R. Prays Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, özəl sektorun gücləndirilməsi, yaşıl inkişaf, enerjiyə keçid, rəqəmsallaşma, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və insan kapitalının inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. O qeyd edib ki, Dünya Bankı Azərbaycanın uzunmüddətli inkişaf gündəliyinə dəstəyini davam etdirəcək Sonda tərəflər qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə məsələləri ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın və konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


