Azərbaycan və DB yeni layihələr hazırlayır
Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji sahəsində layihələrin, o cümlədən günəş enerjisi istehsalının inkişafı və binaların damında panellərin quraşdırılması proqramlarını müzakirə edir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov 31-ci Beynəlxal

Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji sahəsində layihələrin, o cümlədən günəş enerjisi istehsalının inkişafı və binaların damında panellərin quraşdırılması proqramlarını müzakirə edir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov 31-ci Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisi çərçivəsində keçirilən panel müzakirəsində deyib Nazir müavini qeyd edib ki, ölkədə yaşıl enerjiyə keçid prosesi gedir və bərpa olunan enerji mənbələrinin inkişafına fəal sərmayələr yatırılır "Gələn ilə biz 5 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək 2 giqavat gücün ölkə enerji sisteminə daxil edilməsini və inteqrasiyasını planlaşdırırıq. Bu, karbon və istixana qazı emissiyalarını 2,4 milyon ton azaldacaq, həmçinin ölkə daxilində istifadə oluna bilən 1,1 milyard kubmetr qazın sərbəst buraxılmasına imkan verəcək" O bildirib ki, Dünya Bankı ilə birgə araşdırmanın ilkin nəticələri ölkədə dam örtüyü günəş panellərinin inkişafı üçün əhəmiyyətli potensialı, bazar və investorların marağına səbəb olduğunu göstərir O.Zeynalov onu da vurğuladı ki, Azərbaycan Energetika Nazirliyi elmi-tədqiqat nəticələrinin və əlaqədar layihələrin gələcəkdə də həyata keçirilməsi və təbliği üçün dəstək verməyə hazırdır Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


