Azərbaycan və Ukrayna e-İcazə sisteminin tətbiqinə dair Anlaşma Memorandumu imzalayıblar
Azərbaycan və Ukrayna beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzalayıblar "Report"un məlumatına görə, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyanın Leypsiq şəhərində Ukraynanın baş nazirinin

Azərbaycan və Ukrayna beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzalayıblar "Report"un məlumatına görə, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyanın Leypsiq şəhərində Ukraynanın baş nazirinin müavini, icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba ilə görüşündən sonra X sosial şəbəkəsində yazıb R.Nəbiyevin sözlərinə görə, görüş zamanı tərəflər Bakı və Kiyev arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında tranzit imkanlarının artırılması və rəqəmsal həllərin tətbiqi məsələlərini müzakirə ediblər "Biz beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-İcazə) tətbiqinə dair Anlaşma Memorandumu imzaladıq. Bu təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsinə, daşımaların rəqəmsallaşdırılmasına və daşıyıcılar üçün daha çevik və səmərəli fəaliyyət mühitinin yaradılmasına şərait yaradacaq", - nazir qeyd edib Leypsiq Ukraynanın Baş nazirinin köməkçisi, icma və ərazilərin inkişafı naziri Oleksi Kuleba ilə görüş keçirdik

