Azərbaycan və Türkiyə Orta Dəhliz üçün yeni imkanlar yaradır - UND
Azərbaycan və Türkiyənin regiondakı strateji mövqeyi Orta Dəhliz və digər beynəlxalq logistika marşrutlarının inkişafı üçün geniş imkanlar yaradır Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda Beynəlxalq Daşıyıcılar Ass

Azərbaycan və Türkiyənin regiondakı strateji mövqeyi Orta Dəhliz və digər beynəlxalq logistika marşrutlarının inkişafı üçün geniş imkanlar yaradır Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda Beynəlxalq Daşıyıcılar Assosiasiyasının (UND) baş direktoru Alper Özel deyib O qeyd edib ki, Türkiyənin nəqliyyat və ixrac potensialı yüksək göstəricilərlə xarakterizə olunur. Onun sözlərinə görə, 2025-ci ildə Türkiyədən geniş coğrafiyanı əhatə edən müxtəlif ölkələrə - Avropadan Monqolustana, Portuqaliyadan Oman və Əfqanıstana təxminən 2,2 milyon ixracat daşınması həyata keçirilib Alper Özəl, ötən il Türkiyənin ümumi ixracatının təxminən 260 milyard ABŞ dolları təşkil etdiyini, bunun təxminən 110 milyard dollarının avtomobil nəqliyyatından gəldiyini vurğuladı. Onun sözlərinə görə, bu, ümumi ixracın təxminən 41-42 faizinin motorlu nəqliyyat vasitələrinin payına düşdüyünü göstərir. O əlavə edib ki, digər nəqliyyat növlərinin pay bölgüsü dəniz nəqliyyatı üzrə təqribən 45-46 faiz, hava nəqliyyatı üzrə 8-10 faiz, dəmir yolu nəqliyyatı üzrə isə 1 faiz təşkil edir UND rəhbəri qeyd edib ki, dəmir yolu infrastrukturu hələ tam inteqrasiya olunmayıb, lakin dövlət bu istiqamətdə inkişaf üçün addımlar atır O əlavə edib ki, Türkiyənin Mersin, İstanbul, Samsun kimi limanları və logistika mərkəzləri Avropa, Qara və Aralıq dənizləri istiqamətində tranzit imkanlarını artırır Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


