Azərbaycan və ABŞ arasında 8 milyard dollardan çox sövdələşmə imzalanıb
ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ümumi dəyəri 8 milyard dollardan çox olan kommersiya müqavilələri imzalanıb Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Birinci Azərbaycan-Amerika İqtisadi Dialoqu çərçivəsində jurnalistlərə brifinqdə ABŞ dövlət katibinin iqtisadi

ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ümumi dəyəri 8 milyard dollardan çox olan kommersiya müqavilələri imzalanıb Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Birinci Azərbaycan-Amerika İqtisadi Dialoqu çərçivəsində jurnalistlərə brifinqdə ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr deyib "Mərasim zamanı Amerikanın özəl sektoru ilə SOCAR arasında çoxlu sayda kommersiya sazişlərinin, eləcə də bu gün burada İqtisadiyyat Nazirliyində imzalanmış əlavə kommersiya müqavilələrinin imzalanmasının şahidi olmaq çox sevindirici idi. Hesab edirəm ki, təkcə bu səfər zamanı imzalanmış kommersiya əməliyyatlarının ümumi həcmi 8 milyard dolları ötür", - Orr bildirib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


