Azərbaycan və Slovakiya müdafiə sənayesi sektorunda əməkdaşlığın perspektivlərini müzakirə ediblər - FOTO
Slovakiyanın paytaxtı Bratislavada IDEB-2026 beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi işə başlayıb. Tədbirdə müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir Nazirlikdən Caliber.Az-a verilən məlumata görə, sərgidə zirehli texnika və hərbi texn

Slovakiyanın paytaxtı Bratislavada IDEB-2026 beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi işə başlayıb. Tədbirdə müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir Nazirlikdən Caliber.Az-a verilən məlumata görə, sərgidə zirehli texnika və hərbi texnika, silah sistemləri və sursatları, radar və kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik həlləri, xilasetmə və yanğınsöndürmə xidmətləri üçün avadanlıqlar, pilotsuz uçuş aparatları, müşahidə sistemləri, müdafiə sənayesi üçün innovativ inkişaflar nümayiş etdirilir Slovakiyanın Baş naziri Robert Fikonun iştirakı ilə keçirilən rəsmi açılış mərasimindən sonra Azərbaycan nümayəndə heyəti müxtəlif ölkələrin stendləri və hərbi təyinatlı məhsulların nümunələri ilə tanış olub Tədbir çərçivəsində Vüqar Mustafayev Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri Robert Kaliniak ilə görüşüb. Tərəflər Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sektorunda, o cümlədən müdafiə təyinatlı məmulatların istehsalı, innovativ texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər


