Azərbaycan və Serbiya parlament əməkdaşlığını müzakirə ediblər - FOTO
Azərbaycan və Serbiya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Day.Az-a verilən məlumata görə, müzakirələr iyunun 2-də Azərbaycan nümayəndə heyətinin Serbiyaya işgüzar səfəri çərçivəsində Milli Məclisin sədri Sahi

Azərbaycan və Serbiya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Day.Az-a verilən məlumata görə, müzakirələr iyunun 2-də Azərbaycan nümayəndə heyətinin Serbiyaya işgüzar səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç arasında keçirilən görüşdə aparılıb Milli Məclisin sədrini salamlayan A.Brnabiç Azərbaycanın Serbiya üçün dost və müttəfiq ölkə olduğunu, iki dövlət arasında əlaqələrin gündən-günə inkişaf etdiyini diqqətə çatdırmışdır Sahibə Qafarova, öz növbəsində, Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərinin Qlobal Konfransının təşkilini yüksək qiymətləndirərək, belə tədbirlərin mövcud problemlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadığını vurğulayıb Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ən yüksək və yüksək səviyyədə qarşılıqlı səfərlərin mühüm rolundan danışan Spiker Sahibə Qafarova bu kontekstdə Prezident İlham Əliyevin və Prezident Aleksandr Vuçiçin qarşılıqlı səfərlərinin və görüşlərinin, eləcə də bu səfərlər zamanı imzalanmış sənədlərin əhəmiyyətinə diqqət çəkib Görüşdə hər iki ölkənin parlamentlərini maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


