Azərbaycan və İslam İnkişaf Bankı sinxron saatlar
Azərbaycanın maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun (İİB) sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Maliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə İİB arasında mövcud əməkdaşlıq, mövcud layihələri

Azərbaycanın maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun (İİB) sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Maliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə İİB arasında mövcud əməkdaşlıq, mövcud layihələrin icrasının gedişi və perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib S. Babayev qeyd edib ki, İİB ilə əməkdaşlıq Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynayır. İyunun 16-19-da Bakıda keçiriləcək Bank Qrupunun Rəhbərlər Şurasının 51-ci illik toplantısının əməkdaşlığın yeni mərhələyə çıxarılması üçün mühüm platformaya çevriləcəyi vurğulanıb. Bildirilib ki, bu gün İİB dövlət zəmanəti ilə ölkədə 19 layihəyə 1 milyard dollardan çox vəsait ayırıb Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə toxunan S.Babayev qeyd edib ki, əməkdaşlıq çərçivəsində həyata keçirilən “Qarabağ Suvarma Kanalının yenidən qurulması” layihəsi rayonun dirçəlişində, sosial-iqtisadi inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, bu layihə çərçivəsində irimiqyaslı suvarma infrastrukturunun yenilənməsinin regionlarda kənd təsərrüfatının inkişafına, su ehtiyatlarının səmərəli idarə olunmasına və məhsuldarlığın artırılmasına mühüm töhfə verəcəyinə diqqət yetirilib M.Əl-Cəsir də öz növbəsində Azərbaycan ilə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib və İİB-in sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə dəstəyi davam etdirməyə hazır olduğunu bəyan edib. Bu kontekstdə su təsərrüfatı və meliorasiya, nəqliyyat infrastrukturunun inkişafı və dəmir yolu layihələri sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb Görüş zamanı, həmçinin Texniki Əməkdaşlıq Proqramı çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi, kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi və rəqəmsal transformasiya sahələrində texniki yardımın və birgə təşəbbüslərin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

