Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və Almaniya əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər - FOTO

Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms və Almaniyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirib Nazirlikdən Day.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Almaniya arasında enerji sahəsind

0 baxışday.az
Azərbaycan və Almaniya əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər - FOTO
Paylaş:

Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms və Almaniyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirib Nazirlikdən Day.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Almaniya arasında enerji sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Təbii qaz, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi, hidrogen, istilik nasosları, enerji saxlama sistemləri və elektrik enerjisi infrastrukturu sahəsində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib Azərbaycandan Almaniyaya qaz tədarükünün başlanması, ölkənin Avropanın enerji təhlükəsizliyində artan rolu, eləcə də enerji keçidinə doğru kurs yüksək qiymətləndirilib. Azərbaycanda həyata keçirilən bərpa olunan enerji layihələri, elektrik enerjisi birləşdiriciləri, yaşıl enerji dəhlizləri və elektrik enerjisinin Avropaya ixracı imkanları barədə məlumat verilib. Regional əlaqə və hidrogenlə bağlı planlar fonunda Almaniya şirkətləri ilə əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler