Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan və Avropa İttifaqı danışıqları bərpa edir

Azərbaycan və Avropa İttifaqı “Tərəfdaşlıq Prioritetləri”nin mətnini razılaşdırıblar və strateji əməkdaşlıq üzrə danışıqları bərpa ediblər "Tərəfdaşlığın 30-cu ildönümü ilə əlaqədar Bakıda Aİ və Azərbaycan arasında məhsuldar danışıqlar aparılıb. Danışıqçılar əvvəllər "Tərəfdaşlıq Prioritetləri"nin

0 baxışhaqqin.az
Azərbaycan və Avropa İttifaqı danışıqları bərpa edir
Paylaş:

Azərbaycan və Avropa İttifaqı “Tərəfdaşlıq Prioritetləri”nin mətnini razılaşdırıblar və strateji əməkdaşlıq üzrə danışıqları bərpa ediblər "Tərəfdaşlığın 30-cu ildönümü ilə əlaqədar Bakıda Aİ və Azərbaycan arasında məhsuldar danışıqlar aparılıb. Danışıqçılar əvvəllər "Tərəfdaşlıq Prioritetləri"nin mətni üzrə razılığa gəliblər və yeni ikitərəfli saziş (strateji tərəfdaşlıq haqqında) üzrə danışıqları rəsmən bərpa ediblər. Diplomatik nümayəndəlikdən bildirilib 2016-cı il noyabrın 14-də Aİ Şurası Avropa Komissiyasına və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə Azərbaycanla yeni saziş üzrə danışıqlar aparmaq üçün mandat verilməsini təsdiqləyib. Sənəd 1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq sazişini əvəz etməlidir. Yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-də başlayıb Azərbaycan və Aİ arasında Strateji Tərəfdaşlıq Sazişi dörd blokdan ibarətdir. İndi ticarət və iqtisadi məsələlərlə bağlı bəzi suallar açıq qalır. Bakı daha əvvəl bəyan edib ki, sənədin mətni 90% razılaşdırılıb. Son bir neçə ildə tərəflər arasında bu sazişlə bağlı danışıqlar aparılmayıb

Kaynak: haqqin.az

Diğer Haberler