Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və Aİ enerji tərəfdaşlığı perspektivlərini qiymətləndiriblər - FOTO

Energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması və Beynəlxalq Əlaqələr Qrupunun direktoru Kristina Lobillo Borrero ilə görüşüb Nazirlikdən Day.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sektorunda st

0 baxışday.az
Azərbaycan və Aİ enerji tərəfdaşlığı perspektivlərini qiymətləndiriblər - FOTO
Paylaş:

Energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması və Beynəlxalq Əlaqələr Qrupunun direktoru Kristina Lobillo Borrero ilə görüşüb Nazirlikdən Day.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sektorunda strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, enerji təhlükəsizliyi, təbii qaz təchizatı, bərpa olunan enerji, elektrik enerjisi əlaqələri və regional enerji inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb Görüş zamanı qlobal geosiyasi proseslərin nəticələri və Yaxın Şərqdə enerji bazarları, xüsusən də qaz, neft məhsulları və mayeləşdirilmiş təbii qazın tədarükü üçün vəziyyət müzakirə edilib. Bildirilib ki, Avropa İttifaqının enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi siyasəti çərçivəsində Azərbaycan qazı mühüm rol oynamaqda davam edir. Təbii qazın enerji balansında mühüm yer tutduğu, Azərbaycanın etibarlı tərəfdaş olduğu vurğulanıb “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi layihəsinin icra vəziyyəti və Avropanın elektrik enerjisi bazarına inteqrasiya imkanları da müzakirə olunub. Qeyd olunub ki, layihə enerji təhlükəsizliyinə və Aİ-nin enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək strateji təşəbbüslərdən biridir Görüşdə, həmçinin bərpa olunan enerji istehsalı, enerji saxlama sistemləri, elektrik şəbəkələrinin modernləşdirilməsi və regional enerji bazarlarının inteqrasiyası sahələrində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler