Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan və Bolqarıstan mühüm sazişlər imzalamağa hazırlaşır

Azərbaycan və Bolqarıstan arasında mühüm sazişlərin imzalanması planlaşdırılır Day.Az xəbər verir ki, bunu Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov Gəncəyə səfəri zamanı Trend-ə müsahibəsində deyib Səfir son illər Bolqarıstan ilə Azərbaycan arasında əlaqələrin

0 baxışday.az
Azərbaycan və Bolqarıstan mühüm sazişlər imzalamağa hazırlaşır
Paylaş:

Azərbaycan və Bolqarıstan arasında mühüm sazişlərin imzalanması planlaşdırılır Day.Az xəbər verir ki, bunu Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov Gəncəyə səfəri zamanı Trend-ə müsahibəsində deyib Səfir son illər Bolqarıstan ilə Azərbaycan arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini, enerji sahəsində əməkdaşlığın strateji əhəmiyyət daşıdığını qeyd edib Onun sözlərinə görə, ötən il Azərbaycan Bolqarıstanın qaza olan tələbatının təxminən üçdə ikisini təmin edib. Diplomat həmçinin qeyd edib ki, hazırda iki ölkə arasında bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin ötürülməsini nəzərdə tutan layihə üzərində iş gedir Diplomat bu layihənin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında dördtərəfli saziş çərçivəsində həyata keçiriləcəyini vurğulayıb. Sənədə əsasən, ölkələr arasında enerji ötürülməsi üçün elektrik kabelinin çəkilməsi nəzərdə tutulur Ruslan Stoyanov bildirib ki, son aylarda Bolqarıstanın yüksək vəzifəli rəsmiləri Azərbaycana səfər ediblər və cavab səfərləri gözlənilir. Onun sözlərinə görə, Bolqarıstan Prezidenti yaxın aylarda Azərbaycana səfər etməyi planlaşdırır və bu səfər zamanı yeni mühüm sazişlərin imzalanması gözlənilir Səfir əlavə edib ki, Bolqarıstan ilə Azərbaycan arasında şəhərlərarası əlaqələr də inkişaf edir. Veliko Tırnovo ilə Şuşanın qardaş şəhər olduğunu xatırladaraq, Şuşada park salınmasının nəzərdə tutulduğunu qeyd edib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler