Nevşehirdə Azərbaycanın yaranmasının 108-ci ildönümü ilə bağlı foto sərgisi
Nevşehirdə Azərbaycan Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü və 15 İyun Azərbaycan Milli Qurtuluş Günü münasibətilə foto sərgisi açılıb. Azərbaycan Respublikasının Ankara Səfirliyi, EkoAvrasiya Fondu və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Dərnəyinin (TÜRKSİT) birgə əməkdaşlığı ilə təşki

Nevşehirdə Azərbaycan Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü və 15 İyun Azərbaycan Milli Qurtuluş Günü münasibətilə foto sərgisi açılıb. Azərbaycan Respublikasının Ankara Səfirliyi, EkoAvrasiya Fondu və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Dərnəyinin (TÜRKSİT) birgə əməkdaşlığı ilə təşkil olunan sərginin Kapadokya şəhərində açılışı olub. Azərbaycanın Ankara səfirliyinin müşaviri Dr. Füzuli Məcidli, Avanos İlçe valisi Osman Bilici, EkoAvrasiya Vəqfi Mütevelli Heyətinin sədri Dr. Hikmət Eren, TÜRKSİT İdarə Heyətinin sədri Kamal Kurnaz və çox sayda qonaq iştirak edib. Açılışda çıxış edən Azərbaycanın Ankara səfirliyinin müşaviri Dr.Füzuli Məcidli Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağlarının gündən-günə daha da möhkəmləndiyini bildirərək, “Biz “Bir millət, iki dövlət” idealını tarix boyu nəinki sözdə, həm də mahiyyət etibarı ilə yaşayan iki qardaş ölkəyik. Burada sərgilədiyimiz bu fotoşəkillər sadəcə olaraq, bu gün burada sərgilədiyimiz bu fotoşəkillər sadəcə əyani ab-havanın əlaməti deyil; iki ölkənin taleyinin ortaq olması, sevincdə və kədərdə bir yerdə olması bu möhkəm qardaşlığın kökündə onun strateji tərəfdaşlığa çevrilməsində dayanır və bu gün bu nailiyyətdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin səyləri və uzaqgörən addımları böyük rol oynamışdır. Onun irsi bu gün də yolumuzu işıqlandırmaqda davam edir", - deyə o bildirib. Sərgidə Azərbaycanın tarixi-mədəni inkişafını, müstəqillik uğrunda mübarizəsini və Ümummilli Lider Heydər Əliyevin həyatından mühüm məqamları əks etdirən fotoşəkillər nümayiş etdirilib. Qonaqların və sənətsevərlərin maraqla izlədiyi sərgi böyük rəğbətlə qarşılanıb. Sərgidə sərgi həftəsi açıq foto sərgisi olacaq


