“Qalatasaray” azarkeşləri Azərbaycan çempionluğunu qeyd ediblər
"Qalatasaray"ın Trendyol Super Liqasında çempionluğunu elan etməsi Azərbaycanda böyük sevinclə qarşılanıb Superliqanın 33-cü həftəsində "Antalyaspor"u 4:2 hesabı ilə məğlub edən "Qalatasaray"ın liqanın bitməsinə bir həftə qalmış çempion olması paytaxt Bakıda bayram edilib Bakıda Xəzər dənizinin
"Qalatasaray"ın Trendyol Super Liqasında çempionluğunu elan etməsi Azərbaycanda böyük sevinclə qarşılanıb Superliqanın 33-cü həftəsində "Antalyaspor"u 4:2 hesabı ilə məğlub edən "Qalatasaray"ın liqanın bitməsinə bir həftə qalmış çempion olması paytaxt Bakıda bayram edilib Bakıda Xəzər dənizinin sahilində meydançada qurulan nəhəng ekranda qarşılaşmanı izləyən yüzlərlə azarkeş matç başa çatdıqdan sonra çox sevinib Matçın final fitindən sonra azarkeşlər məşəl alovlandırıb, himnlər oxuyub, əllərində Türkiyə və Azərbaycan bayraqlarını daşıyaraq uzun müddət alqışlayıblar Sarı-qırmızılı azarkeşlər komandalarının Super Liqa tarixində 26-cı çempionluğunu coşqu ilə qeyd ediblər


