Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın şəhərsalmasında böyük transformasiya gedir - Uqandalı ekspert

BAKI, Azərbaycan, 16 may. Azərbaycan şəhərsalma sahəsində böyük transformasiyaya məruz qalıb, Uqanda şəhərsalma üzrə mütəxəssis Vilson Awuzu Trend-ə bildirib O bildirib ki, Ümumdünya Şəhər Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyası müxtəlif ölkələr arasında təcrübə və bilik mübadiləsi üçün

0 baxıştrend.az
Azərbaycanın şəhərsalmasında böyük transformasiya gedir - Uqandalı ekspert
Paylaş:

BAKI, Azərbaycan, 16 may. Azərbaycan şəhərsalma sahəsində böyük transformasiyaya məruz qalıb, Uqanda şəhərsalma üzrə mütəxəssis Vilson Awuzu Trend-ə bildirib O bildirib ki, Ümumdünya Şəhər Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyası müxtəlif ölkələr arasında təcrübə və bilik mübadiləsi üçün mühüm platformadır Onun sözlərinə görə, Uqandadan olan nümayəndə heyəti forumda iştirak etməklə müxtəlif ölkələrin şəhərsalma və mənzil siyasəti sahəsində təcrübələrini öyrənmək niyyətindədir "WUF13 bizə dünyanın müxtəlif yerlərində görülən işlərlə yaxından tanış olmaq, bilik və təcrübə mübadiləsi aparmaq imkanı yaradır. Biz burada əldə etdiyimiz uğurlu təcrübələri götürüb ölkəmizə tətbiq etmək istəyirik" Awuzu qeyd edib ki, builki forumun əsas mövzularından biri mənzil məsələsidir və bu problem Afrika ölkələri üçün xüsusilə aktual olaraq qalır "Mənzil Afrikanın ciddi problemlərindən biridir. Forum çərçivəsində biz digər ölkələrin şəhər yoxsullarının mənzil problemini necə həll etdiyini öyrənmək və bu təcrübəni ölkəmizdə tətbiq etmək istəyirik", - o vurğulayıb Ekspert Azərbaycanın WUF13-ə ev sahibliyi etməsini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan şəhərsalma sahəsində böyük inkişaf və transformasiya nümayiş etdirib "Azərbaycan inkişaf etməkdə olan ölkədir. Burada biz görürük ki, şəhər məkanları ciddi şəkildə dəyişir və yenilənir. Mən iki gündür Bakıdayam və şəhərdə böyük urbanizasiya transformasiyasının şahidi oldum. Azərbaycan builki 13-cü Ümumdünya Şəhər Forumunu keçirmək üçün doğru yerdir", - deyə Awuzu əlavə edib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler