Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 2026-cı ilin birinci rübündə 4,1 milyard dolları ötüb
BAKI, Azərbaycan, 7 may. Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Avropa İttifaqına (Aİ) üzv dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 4,104 milyard dollar təşkil edib Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 milyard dollar v

BAKI, Azərbaycan, 7 may. Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Avropa İttifaqına (Aİ) üzv dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 4,104 milyard dollar təşkil edib Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 milyard dollar və ya 22,3% azdır Hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 23,5% azalaraq 3 milyard 540 milyon dollar, idxalının dəyəri isə 13,6 faiz azalaraq 564,023 milyon dollar təşkil edib Azərbaycanın ümumi ixracında Aİ ölkələrinin payı 65,53 faiz, idxalda isə 14,09 faiz təşkil edib 2025-ci ildə Azərbaycan ilə Avropa İttifaqına (Aİ) üzv dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 19,770 milyard dollar təşkil edib Məlumata görə, bu, 2024-cü illə müqayisədə 177,4 milyon dollar və ya 0,9% çoxdur Hesabat ilində Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 0,8% artaraq 16,9 milyard dollara, idxalın dəyəri isə 1,6% artaraq 2,826 milyard dollara çatıb Hesabat ilində Azərbaycanın ümumi ixracında Aİ ölkələrinin payı 67,66 faiz, idxalda isə 11,59 faiz təşkil edib

