Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycanın dövlət proqramında mövcud kənd təsərrüfatı potensialının yüksəldilməsi prioritet təşkil edir - rəsmi

Ağcabədi, Azərbaycan, 16 iyun. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsədi aqrar sahədə mövcud potensialın artırılmasıdır. Trend-in Qarabağ bürosu tədbirdən x

0 baxıştrend.az
Azərbaycanın dövlət proqramında mövcud kənd təsərrüfatı potensialının yüksəldilməsi prioritet təşkil edir - rəsmi
Paylaş:

Ağcabədi, Azərbaycan, 16 iyun. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsədi aqrar sahədə mövcud potensialın artırılmasıdır. Trend-in Qarabağ bürosu tədbirdən xəbər verir O, bunu Dövlət Proqramı çərçivəsində Ağcabədi rayonunda keçirilən Qarabağ iqtisadi rayonu üzrə regional müşavirədə deyib “Bugünkü regional müşavirənin əsas məqsədi dövlət proqramında nəzərdə tutulan məqsəd və vəzifələri birgə müzakirə etmək, fermer və sahibkarların rəy və təkliflərini dinləmək, mövcud vəziyyəti yerlərdə qiymətləndirmək, proqramın icrası ilə bağlı qarşıda duran vəzifələrə aydınlıq gətirməkdir”, - deyə qurum rəsmisi izah edib Onun sözlərinə görə, dövlət proqramında məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, toxumçuluq və damazlıq bazasının möhkəmləndirilməsi, kənd təsərrüfatının maliyyələşdirilməsi və sığorta mexanizmlərinin təkmilləşdirilməsi, emal və logistika infrastrukturunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, o cümlədən balıqçılıq və akvakulturanın inkişafı istiqamətində geniş spektrli tədbirlər nəzərdə tutulub "Proqramın əsas məqsədi aqrar sahədə mövcud potensialın daha yüksək məhsuldarlığa, yüksək gəlirə və əlavə dəyərə çevrilməsini təmin etməkdir. Bu məqsədlə nəzərdə tutulan tədbirlər fermerlərin məhsuldarlığının və gəlirlərinin artırılmasına, istehsal xərclərinin azaldılmasına, bazarlara çıxışın genişləndirilməsinə, kənd təsərrüfatının daha gəlirli və rəqabətqabiliyyətli fəaliyyət sahəsinə çevrilməsinə xidmət edir", - o qeyd edib Mövsümov əlavə edib ki, bugünkü müzakirələr dövlət proqramının daha səmərəli icrasına, qarşıda duran vəzifələrin düzgün müəyyənləşdirilməsinə, aqrar sahədə daha yüksək nəticələrin əldə olunmasına mühüm töhfə verəcək

Kaynak: trend.az

Diğer Haberler