Azərbaycanın baş naziri Özbəkistan prezidenti ilə görüşüb (FOTO)
BAKI, Azərbaycan, 16 iyun. Daşkənddə işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 16-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yaydığı hesabatda deyilir Nazirlər Kabinetindən verilən məlumata görə, Əsədov Prezident İlham Əli

BAKI, Azərbaycan, 16 iyun. Daşkənddə işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 16-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yaydığı hesabatda deyilir Nazirlər Kabinetindən verilən məlumata görə, Əsədov Prezident İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik zəminində uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə olunub


