Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə elçisi Kambocada bir sıra görüşlər keçirib (FOTO)

BAKI, Azərbaycan, 14 may. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kamboca Krallığında işgüzar səfərdə olub, bir sıra görüşlər keçirib Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kamboca Krallığına işgüz

0 baxıştrend.az
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə elçisi Kambocada bir sıra görüşlər keçirib (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 14 may. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kamboca Krallığında işgüzar səfərdə olub, bir sıra görüşlər keçirib Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kamboca Krallığına işgüzar səfəri çərçivəsində Kambocanın dövlət başçısı və Senatının sədri vəzifəsini icra edən Hun Sen, Baş nazir Hun Manet, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn, Milli Assambleyanın sədri E. Sokhonn, Milli Assambleyanın sədri E. Kamboca Krallığı Milli Assambleyasının Xarici Əlaqələr, Beynəlxalq Əməkdaşlıq və İnformasiya Komitəsinin üzvü Suas Yara, Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Cheuy Vichet və ASEAN Regional Minalar Təmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rothna Buth Dövlət başçısı vəzifəsini icra edən Hun Sen ilə görüşdə qonaq ölkənin baş naziri kimi 2014-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırladı və onun səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş etdi. O, Azərbaycanı Kambocaya yaxın və dost ölkə hesab etdiyini qeyd edib və ilk fürsətdə Azərbaycana yenidən səfər etməyə hazır olduğunu bildirib. Hun Sen Azərbaycanla müxtəlif sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən danışıb və Azərbaycana etibarlı tərəfdaş kimi baxdığını vurğulayıb Elçin Əmirbəyov Baş nazir Hun Manet ilə görüşündə Kambocanın Baş nazirinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (ASİA) oktyabr ayında Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək 7-ci Zirvə Görüşündə iştirak etmək üçün dəvəti çatdırıb. Kambocanın Baş naziri dəvəti məmnunluqla qəbul edib və tədbirdə iştirak etmək niyyətində olduğunu bildirib Danışıqlar zamanı Azərbaycan ilə Kamboca arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun intensivləşdirilməsinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin sayının artırılmasının, parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar Görüşlərdə ticarət-iqtisadi əməkdaşlığın intensivləşdirilməsi və səviyyəsinin yüksəldilməsi, iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, investisiya imkanlarının təşviqi, qarşılıqlı maraq doğuran əsas sahələrdə, o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, ətraf mühitin mühafizəsi və digər sektorlarda əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bu kontekstdə Kamboca Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu və Asiya ilə Avropa arasında əsas nəqliyyat və logistika qovşağı statusunu qeyd edib, bu sahələrdə Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib Kamboca tərəfi Azərbaycanın son illərdə əldə etdiyi mühüm siyasi və sosial-iqtisadi nailiyyətləri, habelə regional və beynəlxalq səviyyədə artan rolunu yüksək qiymətləndirib. Eyni zamanda, Kamboca Azərbaycanla həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib Danışıqlar zamanı Elçin Əmirbəyov həmkarlarına Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, ötən il Vaşinqtonda əldə olunmuş razılaşmalar, o cümlədən davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib. O vurğulayıb ki, gələn ay Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri və ondan sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum iki ölkə arasında sülh sazişinin imzalanması və deməli, regionda uzunmüddətli və dönməz sülhün təmin olunması üçün həlledici əhəmiyyət kəsb edəcək Prezidentin xüsusi tapşırıqlar üzrə elçisi, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhlükəsinin aradan qaldırılması istiqamətində Bakı hökuməti tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib. O, minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. Bu çərçivədə 4-cü məlumat verdi Bu ilin payızında Bakıda keçiriləcək Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Humanitar Konfransda onun mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib və minalardan təmizləmə sahəsində böyük təcrübəyə malik Kambocanın tədbirdə fəal iştirakına ümid ifadə olunub Elçin Əmirbəyov səfəri çərçivəsində Kamboca Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən görüşdə Azərbaycan-Kamboca münasibətlərinin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıb. Bundan əlavə, o, Kambocanın aparıcı dövlət televiziya kanalı olan TVK-ya müsahibə verib. Bu ilin noyabrında Kambocada Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlətlərin dövlət və hökumət başçıları səviyyəsində növbəti sammiti keçiriləcək

Kaynak: trend.az

Diğer Haberler