Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan Prezidentinin köməkçisi işğaldan azad edilmiş ərazilərdə quruculuq, bərpa işlərinin aparılmasını böyük missiya adlandırır

BAKI, Azərbaycan, 19 may. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işləri böyük missiyadır, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıq və Deci” a

0 baxıştrend.az
Azərbaycan Prezidentinin köməkçisi işğaldan azad edilmiş ərazilərdə quruculuq, bərpa işlərinin aparılmasını böyük missiya adlandırır
Paylaş:

BAKI, Azərbaycan, 19 may. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işləri böyük missiyadır, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıq və Deci” adlı tədbirdə deyib "Biz işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və tikinti işlərinə başlamışıq. Minalardan təmizlənmiş ərazilərdə təhlükəsiz və dayanıqlı inkişafın təmin edilməsi əsas prioritetlərimizdən biridir", - o qeyd edib Onun sözlərinə görə, qlobal düşünmək və yerli işləmək QHT-lərin əsas şüarıdır "Azərbaycan QHT-ləri təkcə ölkə sərhədləri daxilində fəaliyyət göstərmir. Ötən il yaradılmış Qlobal Cənub platformasını xüsusi qeyd etmək lazımdır. Mən ötən il ölkə başçısının adından bu platforma ilə çıxış etmişəm. Əminəm ki, şəhərsalma gündəmində sizin töhfələriniz və ideyalarınız nəzərə alınacaq və şəhərlərin yeni inkişaf gündəliyinin formalaşmasında mühüm rol oynayacaq Həyatımız şəhərlərlə bağlıdır. Şəhərlər böyüdükcə əhali artımı və iqlim dəyişikliyi yeni problemlər yaradır. Biz Azərbaycanda da iqlim dəyişikliyinin təsirlərini görürük. Forumun ilk günündə gözlənilməz yağışla qarşılaşdıq – bu, iqlim dəyişikliyinin real təsirlərini bir daha göstərir. Şəhərlər bu dəyişikliklərə daha çox məruz qalır Dünən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu müzakirələr üçün əlverişli yerdir. Azərbaycan xalqının şəhərsalma sahəsində qədim ənənələri var. Qəbələ qədim İpək Yolunun mühüm şəhərlərindən biri olub. Bakı mədəni irsin qorunması baxımından mühüm mərkəzdir Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa işləri də böyük missiyadır. Minalarla çirklənmiş ərazilərdə yeni tarix yazırıq. Təəssüf ki, 20-ci əsrdə şəhərlər gözümüzün qabağında dağıdıldı, doqquz şəhərimiz isə qəsdən yerlə-yeksan edildi. Məsələn, Ağdam Qafqazın “Xirosiması” adlanırdı. Yüz minlərlə insanın yaşadığı bu şəhər tamamilə dağıdılıb Bu arada biz bu ərazilərdə vətəndaşlarımız üçün yeni həyat qururuq. Azərbaycan həqiqətən də bu Şəhərsalma Forumu üçün ən uyğun yerdir. Biz öz təcrübəmizi bölüşməyə və müxtəlif təcrübələrdən öyrənməyə hazırıq. Azərbaycan Qlobal Şimal ilə Qlobal Cənub arasında körpü rolunu oynayır”, - deyə o əlavə edib Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler