Azərbaycanın qeyri-neft sektorunun inkişafı və logistika layihələri investisiya cəlbediciliyini artırır - rəsmi
BAKI, Azərbaycan, 16 iyun. Azərbaycanın qeyri-neft sektorunun inkişafı və onun həyata keçirdiyi logistika layihələri ölkənin investisiya cəlbediciliyini artırır, - Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə H
BAKI, Azərbaycan, 16 iyun. Azərbaycanın qeyri-neft sektorunun inkişafı və onun həyata keçirdiyi logistika layihələri ölkənin investisiya cəlbediciliyini artırır, - Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov deyib O, bunu Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan İnvestisiya Baxışları Forumu 2026” tədbirində çıxışı zamanı deyib O qeyd edib ki, Azərbaycan iqtisadiyyatı uzun illər neft-qaz sektoru ilə sıx bağlı olsa da, son on ildə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb: "Bu müddət ərzində dövlət tərəfindən həyata keçirilən infrastrukturun genişləndirilməsi, sənaye parklarının yaradılması və azad iqtisadi zonaların reallaşdırılması - Ələt Azad İqtisadi Zonası layihəsi kimi - iqtisadiyyatın şaxələndirilməsinə xidmət edib. Həyata keçirilən islahatlar və investisiya layihələri Azərbaycanı bilik və xidmətlər iqtisadiyyatına doğru istiqamətləndirir" O əlavə edib ki, ölkədə logistika şəbəkələrinin, xüsusilə Şimal dəhlizi və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutlarının inkişafı Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır Onun sözlərinə görə, son illər biznes mühitinin yaxşılaşdırılması, həm yerli, həm də xarici investorların fəaliyyətini stimullaşdıran mexanizmlərin tətbiqi məqsədilə bir sıra yeni normativ dəyişikliklər həyata keçirilib "Dövlət subsidiyalar, güzəştli kreditlər və müxtəlif maliyyə dəstəyi mexanizmləri vasitəsilə sahibkarlığı təşviq edir. Əsas məqsəd təkcə maliyyə yardımı deyil, həm də dayanıqlı infrastrukturun və əlverişli normativ-hüquqi bazanın formalaşdırılmasıdır", - o qeyd edib


