Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın Müdafiə Nazirliyinin baş direktoru SAHA EXPO 2026 sərgisində olub (FOTO)

BAKI, Azərbaycan, 8 may. Azərbaycan Respublikası müdafiə nazirinin müavini – baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgidə iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər edib Səfər çərçivəsində Baş direktor Türkiyə Resp

0 baxıştrend.az
Azərbaycanın Müdafiə Nazirliyinin baş direktoru SAHA EXPO 2026 sərgisində olub (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 8 may. Azərbaycan Respublikası müdafiə nazirinin müavini – baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgidə iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər edib Səfər çərçivəsində Baş direktor Türkiyə Respublikasının Milli Müdafiə Naziri Yaşar Gülər, Türkiyə Cümhuriyyəti Rəyasət Heyəti yanında Müdafiə Sənayesi Katibliyinin sədri Haluk Görgün, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə üzrə Dövlət Naziri Lord Vernon Koaker ilə görüşüb Görüşlərdə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, gələcək inkişaf perspektivləri və ümumi maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb Daha sonra nümayəndə heyəti sərgi ilə tanış olub və aparıcı beynəlxalq şirkətlər tərəfindən hazırlanmış hərbi aviasiya, qabaqcıl aeronavtika, süni innovasiyalar və kosmik tədqiqat texnologiyalarını nümayiş etdirən eksponatlarla tanış olub Baş direktor Almaniya, İtaliya, Sudan, Böyük Britaniya və Vyetnamın müdafiə nazirliklərini və hərbi sənaye komplekslərini təmsil edən nümayəndə heyətləri, ASELSAN, Baykar, Roketsan, TUSAŞ və ARCA Savunma şirkətlərinin yüksək vəzifəli rəhbərləri ilə də görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair ümumi maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb Sərgidə Azərbaycanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC milli stendlə təmsil edib

Kaynak: trend.az

Diğer Haberler