Azərbaycan XİN Azov dənizində pilotsuz təyyarənin hücumu nəticəsində 5 vətəndaşın öldüyünü təsdiqləyib
BAKI, Azərbaycan, 5 iyun. Ötən gecə pilotsuz uçuş aparatları 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisini vurub, nəticədə 5 Azərbaycan vətəndaşı həlak olub Onun sözlərinə görə, Rusiya tərəfdən alınan məlumata görə, hücum nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub, üç nəfər yarala

BAKI, Azərbaycan, 5 iyun. Ötən gecə pilotsuz uçuş aparatları 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisini vurub, nəticədə 5 Azərbaycan vətəndaşı həlak olub Onun sözlərinə görə, Rusiya tərəfdən alınan məlumata görə, hücum nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub, üç nəfər yaralanıb. Yaralılar Yeysk şəhərinin xəstəxanasına yerləşdirilib "Hazırda Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumları, ölkəmizin diplomatik nümayəndəlikləri və müvafiq ölkələrin səlahiyyətli orqanları ilə bu məsələ ilə bağlı əlaqələndirmə aparır. Rusiyadakı səfirliyimizin bir neçə əməkdaşı hadisə yerinə yola düşüb. Vətəndaşlarımızın vəziyyəti, repatriasiyası, lazımi konsulluq yardımının göstərilməsi diqqət mərkəzində saxlanılır Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə Ayxan Hacızadə qeyd edib
Diğer Haberler

XİN: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır

Nazir: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir
