Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan XİN xaricə səfərləri ilə bağlı vətəndaşlarına müraciət edir

BAKI, Azərbaycan, 9 iyun. Azərbaycan vətəndaşları xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirməlidirlər, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Nazirliyin məlumatına görə, hazırkı beynəlxalq təhlükəsizlik şəraitində gərginliyin daha da art

0 baxıştrend.az
Azərbaycan XİN xaricə səfərləri ilə bağlı vətəndaşlarına müraciət edir
Paylaş:

BAKI, Azərbaycan, 9 iyun. Azərbaycan vətəndaşları xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirməlidirlər, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Nazirliyin məlumatına görə, hazırkı beynəlxalq təhlükəsizlik şəraitində gərginliyin daha da artması, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam edir Bəyanatda qeyd olunub ki, belə ərazilərdə silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları var Nazirlik əlavə edib ki, belə hadisələr bir daha nümayiş etdirir ki, münaqişə zonalarında və ona yaxın ərazilərdə təhlükəsizlik riskləri son dərəcə yüksəkdir və həmin bölgələrə gedən və ya orada fəaliyyət göstərən vətəndaşlarımızın həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır “Bu kontekstdə bir daha vətəndaşlarımızı xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirməyə, rəsmi dövlət orqanlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almağa, münaqişələrin və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən çəkinməyə çağırırıq Bununla əlaqədar biz bir daha vurğulayırıq ki, vətəndaşların xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı formada, istər muzdlu, istərsə də könüllü surətdə iştirakı Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları xaricdə vətəndaşlarımızın hüquq və mənafelərinin müdafiəsi istiqamətində fəaliyyətini davam etdirir Bundan əlavə, hər bir vətəndaşın öz təhlükəsizliyinə məsuliyyətlə yanaşması və yüksək riskli fəaliyyətlərdən qaçması xüsusi əhəmiyyət kəsb edir Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətlə bağlı hadisələri diqqətlə izləməkdə davam edir”, - deyə məlumatda vurğulanıb

Kaynak: trend.az

Diğer Haberler