Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın Xankəndində mədəni irslə bağlı təqdimat və sərgi keçirilib (FOTO)

Xankəndi, Azərbaycan, 14 may. Xankəndidəki Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat mərasimi və sərgi keçirilib Tədbir Qarabağ Universiteti və Regional Hüquq və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub Layihədə Qarabağın

0 baxıştrend.az
Azərbaycanın Xankəndində mədəni irslə bağlı təqdimat və sərgi keçirilib (FOTO)
Paylaş:

Xankəndi, Azərbaycan, 14 may. Xankəndidəki Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat mərasimi və sərgi keçirilib Tədbir Qarabağ Universiteti və Regional Hüquq və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub Layihədə Qarabağın görkəmli şəxsiyyətlərinin xüsusi texnika ilə yaradılmış portretləri nümayiş etdirilib. Sərgidə nümayiş olunan əsərlər tətbiqi sənət ustası Minarə Mehdi tərəfindən hazırlanıb Açılış mərasimində çıxış edən Regional Hüquq və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Qarabağın mədəni irsinin qorunub saxlanmasının və təbliğinin vacibliyini vurğulayıb O, milli yaddaşın qorunub saxlanmasında incəsənətin mühüm rol oynadığını, Qarabağın dahi şəxsiyyətlərinin irsini gələcək nəsillərlə bölüşməyin hər kəsin mənəvi borcudur Qarabağ Universitetinin rektoru Şahin Bayramov sərginin əhəmiyyətini yüksək qiymətləndirərək, belə layihələrin rayonun mədəni həyatının canlanmasına, mədəni irsin təbliğinə töhfə verdiyini bildirib Qarabağ Universitetinin İncəsənət fakültəsinin proqram direktoru Gülşən Qasımzadə və dekanı Türker Qasımzadə də çıxışlarında layihənin tələbələrin estetik dünyagörüşlərinin formalaşmasında, incəsənət sahəsində bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını qeyd etdilər Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin tələbələri musiqi nömrələri təqdim etdilər. Qarabağ ruhunu özündə əks etdirən bu tamaşalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir sərgiyə baxış və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb. Bildirilib ki, “Qarabağın izi: sənətdə yaşayan dəyərlər” layihəsi rayonun zəngin mədəni irsinin qorunub saxlanılması və sənət vasitəsilə gələcək nəsillərə çatdırılması istiqamətində mühüm təşəbbüslərdən biridir Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler