Azərbaycanın İvanovka kəndində Avropa pendirləri istehsal olunacaq
İSMAYILLI, Azərbaycan, 12 iyun. Azərbaycanın İvanovka kəndində Avropa pendiri istehsal olunacaq. Bunu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib Bağırov “Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2

İSMAYILLI, Azərbaycan, 12 iyun. Azərbaycanın İvanovka kəndində Avropa pendiri istehsal olunacaq. Bunu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib Bağırov “Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində rayonda Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə deyib Qurum rəsmisi qeyd edib ki, müəssisə fəaliyyətə başladıqdan sonra ənənəvi İvanovka kərə yağının daha böyük həcmdə və müasir standartlara uyğun istehsalına, müxtəlif növ süd məhsullarının istehsalına imkan verəcək Burada ənənəvi sortlarla yanaşı, yüksək keyfiyyətli kərə yağından tutmuş Avropa və milli növ pendir, qaymaq, kəsmik və digər süd məhsullarına qədər minlərlə ton həcmində rəqabətqabiliyyətli geniş çeşiddə məhsullar istehsal olunacaq”, - deyə o əlavə edib Bu gün Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional məsləhətləşmələr başlayıb. Məsləhətləşmələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir Müşavirələr 2026-cı il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələləri üzrə müşavirədə verilən tapşırıqların icrası, o cümlədən dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub


