Azərbaycanın “Böyük Qafqaz Biosfer Qoruğu” YUNESKO-nun Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxil edilib
BAKI, Azərbaycan, 5 iyun. Paraqvay Respublikasının Hernandarias şəhərində YUNESKO-nun İnsan və Biosfer Proqramı üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının 38-ci sessiyası keçirilir. Bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyindən məlumat verilib Sessiyada Azərbaycanı Azərbaycan Respubl

BAKI, Azərbaycan, 5 iyun. Paraqvay Respublikasının Hernandarias şəhərində YUNESKO-nun İnsan və Biosfer Proqramı üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının 38-ci sessiyası keçirilir. Bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyindən məlumat verilib Sessiyada Azərbaycanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyəti, eləcə də Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin nümayəndələri təmsil edirlər Sessiyanın bugünkü iclasında Azərbaycanın “Böyük Qafqaz Biosfer Qoruğu”nun nominasiya dosyesi rəsmi olaraq YUNESKO-nun Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxil edilib. Bu ərazi Azərbaycandan şəbəkəyə daxil olan ilk sayt olub YUNESKO-nun hazırda dünyanın 142 ölkəsində 784 biosfer qoruğu var


