Azərbaycanın iqtisadiyyat naziri WUF13 çərçivəsində Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşüb (FOTO)
BAKI, Azərbaycan, 19 may. İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində Pakistan İslam Respublikasının Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüb Görüşdə investisiya, ticarət, enerji, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdi

BAKI, Azərbaycan, 19 may. İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində Pakistan İslam Respublikasının Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüb Görüşdə investisiya, ticarət, enerji, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq əlaqələri məmnunluqla vurğulanıb, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyi bildirilib. Tərəflər Azərbaycan-Pakistan əlaqələrinin iqtisadi sahədə də böyük potensiala malik olduğunu qeyd ediblər Müzakirələrdə iqtisadi əməkdaşlıq potensialının tam şəkildə həyata keçirilməsi, qarşılıqlı investisiyaların təşviqi, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər ticarət, enerji, sənaye, nəqliyyat və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğuladılar Tərəflər Preferensial Ticarət Sazişinin iki ölkə arasında iqtisadi əlaqələrin və işgüzar əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını qeyd ediblər. Sazişin təsərrüfat subyektləri arasında əlaqələrin möhkəmlənməsinə, ticarət həcminin artırılmasına, yeni əməkdaşlıq sahələrinin inkişafına töhfə verdiyi vurğulanıb Bu arada Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü keçirilib Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir


