Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri ekoloji yanaşmalara əsaslanır - rəsmi
BAKI, Azərbaycan, 5 iyun. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır. Trend-in məlumatına görə, bunu Bakıda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə (WED) həsr olunmuş "Təbiətdən ilhamlanıb. İqlim üçün. Gələcəyimiz üçün bu gün" adlı beynəlx
BAKI, Azərbaycan, 5 iyun. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır. Trend-in məlumatına görə, bunu Bakıda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə (WED) həsr olunmuş "Təbiətdən ilhamlanıb. İqlim üçün. Gələcəyimiz üçün bu gün" adlı beynəlxalq konfransda ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov deyib "Bu gün ölkəmiz ilk dəfə olaraq BMT-nin Ətraf Mühit Proqramının tərəfdaşlığı ilə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir. Bu, Azərbaycanın qlobal ekoloji gündəmdə fəal iştirakının, beynəlxalq əməkdaşlığa açıq yanaşmasının, ətraf mühitin mühafizəsinə verdiyi önəmin mühüm göstəricisidir", - o qeyd edib Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi təkcə ayrı-ayrı ölkələrin deyil, həm də bütün beynəlxalq ictimaiyyətin birgə məsuliyyətidir "Ekoloji problemlər sərhəd tanımır və transsərhəd xarakter daşıyır. Yaşadığımız ətraf mühit, bəhrələnən təbiət, meşələr və biomüxtəliflik, okeanlar və dənizlər, çaylar, udduğumuz hava bizim ümumi sərvətimizdir. Biz iqtisadi inkişafı, sosial rifahı, ekoloji tarazlığı birgə və ahəngdar şəkildə təmin etməliyik. Ölkəmiz enerji sahəsində genişmiqyaslı inkişaf və yenidənqurma layihələri həyata keçirir". Məqsəd 2030-cu ilə qədər bərpa olunan enerjinin payını 30%-ə çatdırmaqdır Təəssüflər olsun ki, uzun illərdir ki, Ermənistanın işğalı zamanı ərazilərimizdə təbii sərvətlərə, ekosistemlərə, flora və faunaya ciddi ziyan dəyib. Ekosid, herbisid və kulturisid hallarına icazə verilmişdi Hazırda işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında həyata keçirilir Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində ekoloji bərpa prosesinə dəstək məqsədilə BMT-nin Ətraf Mühit Proqramından ekspert dəstəyi alıb və bu dəstəyə görə təşkilata təşəkkürümüzü bildiririk”, - deyə nazir vurğulayıb


