Azərbaycanın Bakı Fond Birjası yeni listinq qaydalarını açıqlayıb
BAKI, Azərbaycan, 6 may. Trend -in BFB-yə istinadən verdiyi məlumata görə, Bakı Fond Birjasının (BFB) yenilənmiş listinq qaydaları 2026-cı il mayın 6-dan qüvvəyə minib Bundan əlavə, qeyd edilir ki, yenilənmiş qaydalar kapital bazarlarında şəffaflığı, yeni imkanları, beynəlxalq standartlara uyğunlu

BAKI, Azərbaycan, 6 may. Trend -in BFB-yə istinadən verdiyi məlumata görə, Bakı Fond Birjasının (BFB) yenilənmiş listinq qaydaları 2026-cı il mayın 6-dan qüvvəyə minib Bundan əlavə, qeyd edilir ki, yenilənmiş qaydalar kapital bazarlarında şəffaflığı, yeni imkanları, beynəlxalq standartlara uyğunluğu təmin edir Əsas dəyişikliklərə aşağıdakılar daxildir: Listinq tələbləri təkmilləşdirildi - bazar aktivliyi və likvidlik artdı; Yeni “İnkişaf Bazarı” seqmenti yaradılıb - real sektorda fəaliyyət göstərən şirkətlər üçün yeni imkanlar yaradılıb; İnformasiyanın açıqlanmasına dair tələblər gücləndirilib - daha şəffaf informasiya axını təmin edilib; Delistinq prosedurları aydınlaşdırıldı - investorların maraqlarının qorunması “Yenilənmiş qaydaların tətbiqi Azərbaycanın kapital bazarının davamlı inkişafına mühüm töhfə verəcək”, - məlumatda deyilir
