Azərbaycanın AZAL Naxçıvan istiqamətinə müntəzəm reysləri bərpa edir
BAKI, Azərbaycan, 22 may. “Azərbaycan Hava Yolları” QSC (AZAL) əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.Bu barədə Trend-ə AZAL QSC-dəki mənbə bildirib Mənbə qeyd edib ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti hökm sürsə də, reyslərin yerinə y

BAKI, Azərbaycan, 22 may. “Azərbaycan Hava Yolları” QSC (AZAL) əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.Bu barədə Trend-ə AZAL QSC-dəki mənbə bildirib Mənbə qeyd edib ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti hökm sürsə də, reyslərin yerinə yetirilməsinə təhlükə yaratmadığından sözügedən marşrut üzrə uçuşlar davam edir "AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür. Uçuş cədvəlində hər hansı dəyişiklik olarsa, bu barədə sərnişinlər məlumatlandırılacaq", - mənbə bildirib


